Main » Az : Axır Zaman Elşənnin «Yeni Dünya-Yeni Həyat» kitabından sağlamlıq üçün bəzi çıxarışlar
«Yeni Dünya-Yeni Həyat» kitabından sağlamlıq üçün bəzi çıxarışlar:
Heç olmasa, hər ayın 7 günü aşağıda qeyd edilən qidalarla qidalanmaq sizin sağlamlığınız üçün olduqca xeyirlidir. Siz il ərzində 84 gün öz sağlamlığınızın qayğısına qalmış olarsınız.
1. 100 qr. kərəviz, 100 qr. qarışq göy, 100 qr. Qatlq, 50 qr. günəbaxan yağı, 50 qr. xiyar bir qabda qarışdırıb hazır olan kimi bişirilməmiş, bədən hərarətinə uyğun edib yemək lazımdır. Hazırlanmış qida 15-30 dəqiqə ərzində yeyilməlidir, əks halda, ərzaq keyfiyətini itirmiş olur. Yeməkdən dərhal sonra siqaret çəkmək sağlamlıq üçün çox zərərlidir.
2. 200 qr. yerkökü şirəsini, 100 qr. kələm şirəsini, 25 qr. günəbaxan və ya qarğıdalı yağını, 100-200 qr. qatığı bir qabda yaxşı qarışdırıb hazır olan kimi içmək lazımdır. Siz bu qidalarla qidalandıqda həyatda sanki özünüzü cənnətdə hiss edəcəksiniz.
Yuxarıda göstərılən şəkildə qidalanmaqla siz heç bir dərmandan istifadə etmədən xərçəng, infarkt, artmeriya, qan təzyiqi, şəkər, qırmızı qan azlığı, qara ciyər serrozu, ağ ciyər və sümük vərəmi, mədə-bağırsaq və s. başqa xəstəliklərdən xilas ola bilərsiniz. Bu qidalanma qocanı cavanlaşdırır, orqanizmin qocalma prosesini ləngidir, xəstələnməsinə imkan vermir.
Sağlamlıq üçün zərərli qidalar bunlardır: İsti yeməklər, çay, qəhvə, bal, bəhməz, meyvələr, meyvə şirələri, meyvə sirkələri, qarpız, yemiş, şirniyyatlar, pivə və şərablar, digər spritli içkilər, çörək, (bişirilmiş ət, süd, buğda, qarğıdalı, qarabaşaq, düyü, un məmulatları, kartof, soğan, kələm, yerkökü) mədədə qıcqıraraq turşuluq əmələ gətirir. Qeyd edilən qidalarlı qəbul etmək sizə xoş gəlsədə gələcəkdə sağlamlığınız üçün mütləq təhlükə yaradacaqdır.
Ümumiyyətlə qatıq sümükləri sağlamlaşdırır və bərpa edir, mədə-bağırsaqda olan ziyanvericilərı məhv edir. Göyərtilər, tərəvəzlər bədəndə sağlam qırmızı qan yaradır, bitki yağları isə əzələləri möhkəmləndirir. Siz bu qidalarla qidalandıqdan sonra bədəninizin fəaliyyətinə nəzarət etdikdə görəcəksiniz ki, həqiqətən belədir. Bədənin düzgün qidalanmasına, sahibi tərəfindən düzgün idarə edılməsinə ehtiyacı vardır.
Qəbzlik: qəbzlik olanlar axşam yatmazdan əvvəl SENA yarpağının dəmi və yaxud həbini içmək məsləhətdır. Bağirsaqların təmizlənməsi üçün yovşan, çobanyastığı, çaylarının içilməsi faydalıdır.
Baş: başınız, oynaqlarınız, dizləriniz, ayaqlarınız ağrıdıqda, şişdikdə, dırnaqlarınız çürüdükdə axşam yatmazdan əvvəl ayaqlarınızı dizdən aşağı bədən hərarətinə üyğun marqanisli su vannası qəbul edib, fırça ilə yuduqdan sonra quruluyub Nitrofunqinlə+yodu qarışdırıb ayaqlara çəkmək xeyirlidir. Ayaqlar sağaldıqda əzələ nahiyəsində qaşınma əmələ gəldikdə qaşınan yerə araba və ya zeytun yağı sürtmək lazımdır. Hər gün ayaqları fırça ilə yuyub, corabları dəyişib təmiz corab geyinmək sağlamlıq üçün xeyirlıdir, vacibdir. Ümumiyyətlə yuyarkən fırçadan istifadə etmək zəruridir. Çünki fırça ilə yuyunduqda bədən yaxşı nəfəs alır, əsəb gərginliyindən xilas olur.
Dişlər: dişlər çürüyürsə, ağızda soyuqlama və ya başqa bir narahatlıq varsa yatmazdan əvvəl dişlərinizi yumaq məsləhətdir, sonra Maraslavin məhlulu ilə qarqara edin, bu zaman dişlərə zərər verən canlılar məhv olacaq və dişlərinizdə sağlam qalacaq. (Dantist məsləhəti)
Gözlər: gözlər yaşarırsa, kompüterə baxdıqda acışırsa, baş ağrıyırsa, günəşə baxdıqda qamaşırsa, gözə pərdə gəlirsə Sulfacil natria 30 % (göz damcısı) məhlulundan istifadə etməklə göz xəstəliyindən xilas olmaq olar. (Oftomoloq məsləhəti)
Bəzi ərzaq növlərinin xeyri və zərəri haqqında.
Qatıq: qatıq elə bir sehrli qidadır ki, onun gözəlliyini deməklə qiymətləndirmək mümkünsüzdür. Qatıq güclü müalicəvi təsirə malikdir. 300 qr. bişirilmiş soyuq südün içinə 100 qr. qatıq qarışdırıb bir neçə dəqiqədən sonra içmək faydalıdır. Bu halda süd canlanır və ana südünü əvəz edir.
Qatıq üstündən meyvə yemək ziyandır. Xəstəliklərdən qorunmaq üçün insanın iradəsi olmalıdır. Əgər insan iradəsinə güvənərsə bütün zərərli maddəıəri bədənindən kənarlaşdıra bilər. Alkoqolizmdən və narkomaniyadan əziyyət çəkənlər xarici və daxili ağrılarından qurtulmaq üçün qatıq içməklə şəfa taparlar. Yalnız iradəsi olan insanlar həyatda istədiklərinə nail ola bilərlər. Narkomaniya və alkoqolizmə qarşı müalicədə ən əlverişli müalicə üsulu qatıqdan istifadə etməkdir.
Qatıqla düzgün qidalandıqda orqanizmi zəhərli maddələrdən, ziyanlı canlılardan kənarlaşdırmaq olur. Qatıq susuzluğu dəf edir, ürək yanğısını aradan qaldırır və mədə-bağırsaq xəstəliklərinə qarşı çox faydalıdır. İnsanın bədənini su ilə təmin edir, quruluğu dəf edir, hərarəti aradan qaldırır. Qatıq içmək qarın köpünə, qidanın mədə-bağırsaqda həzm olunmasına, mədə, qarın ağrılarına, qıcqırmaya qarşı əlverişlidir. Mədədə küt ağrılar və qıcqırma olan zaman 400 qram təzə təbii qatığı 50 qram hər hansı bitki yağı ilə qarışdıraraq bədən hərarətinə uyğun hala salıb içdikdə mədədə olan bütün mikrobları və toksik maddələri zərərləşdirəcək. Qatıq hətta dizenteriyanı törədən amöbləridə yox edir.
Qatıq əsasən camış, inək, dəvə, keçi və qoyun südlərindən hazırlanır. Qatıq sinir və ürək-damar sistemlərini fəaliyyətını tənzimləyir, bağırsaq və böyrəklərin fəaliyyətini gücləndirir, pozulmuş maddələr mübadiləsini bərpa edir, insanın dərini yumşaldır, çilləməni və xalları təmizləyir, dərini incə və hamar, saçları parıltılı və ipək kimi yumşaq edir. Camış qatığında zülal, fosfor turşusu və bədən üçün lazım olan dəmir elementləri daha çoxdur. Camış qatığı, şoru, pendiri inəyin, keçinin, qoyunun cüd məhsullarından qat-qat üstündür. Qatığı çörəksiz və xəmir xörəklərindən, şirniyatlardan ayrı yeyildikdə xeyirlidir. Qatıq canlıdır, +39 dərəcədən artıq isidildikdə bədən üçün lazım olan sağlam hüceyrələri ölərək ölü maddəyə çevrılırək bədən üçün elə bir xeyri olmur. Qatıqdan bitki yağları, göyərtilər, tərəvəz ilə birlikdə yemək daha faydalıdır.
Pendir: Yaxşı pendir yağlı, ətirli və bir qədər şirin olur. Qatıqdan hazırlanmış pendir daha keyfiyyətli olur və tezliklə həzmə gedir. Pendir mədəni bərkidir, bağırsaq və böyrəklər üçün faydalıdır. O, gechəzm olunur, lakin həzm olunandan sonra tezliklə qana keçir və bütün orqanlara çatır. Qoz ləpəsi ilə yeyilən pendir dərini yumşaldır. Uşaq əmizdirən ana südünün keyfiyyətini yaxşılaşdırmaq və miqdarını artırmaq üçün pendir yeməlidir. Pendirin daha yaxşı həzm olması üçün onu nanə, tərxun və s. başqa tərəvəzlərlə yeyilmək məqsədə uyğundur. Bərkimiş duzlu pendir iştahı artırır və bağırsaqlar üçün faydalıdır. Bununla yanaşı, köhnə pendir (düzgün saxlanmamış keyfiyyətini itirmiş pendir) susuzluq, qaşınma törədir, insanı arıqladır, daxili orqanlarda daşların əmələ gəlməsinə səbəb olur. Çox köhnə, müddəti keçmiş pendirin tərkibində zəhərli məhərli maddələr əmələ gəlir. Elə pendir yemiş insan gərək bir qədər qoz, yaxud göyərti yesin. Suyu sıxılmış pendir «dələmə» adlanır. Pendir yuxu gətirir, vərəm, isitmə, mədə iltihabına qarşı faydalıdır. O ruhi xəstələrə belə rahatlıq gətirir. Bununla yanaşı belə pendir daşların əmələ gəlməsinə səbəb ola bilər. Bəzi pendir növlərində zülaların miqdarı 30 %, yağın miqdarı isə 15-32 %-dir. Pendir bədən tərəfindən asan qəbul olunan kalsium və fosfor birləşmələri ilə zəngindir. Bu maddələr böyüyən, ikkişaf edən bədən üçün çox zəruridir. Ona görədə hamilə qadınlar öz rasionuna az duzlanmış pendir də daxil etməlidir. Pendir insan bədəninə çoxlu enerji verən məhsullardan biridir.
Bağirsaq xəstəliyi: Bağirsaq xəstəliyi əksər halda kişilərdə özünü büruzə verir. Bu xəstəlik kişilərdə əsasən payız, qış aylarında soyuq daşın, dəmirin, taxta stulun üstündə oturduqda soyuqlamadan əmələ gəlir. Soyuq yerlərdə oturmaqdan qorunmaq lazımdır. Qaraciyər xəstəliklərində öd kisəsi mədəyə ödü yaxşı ifraz etmir, mədə qidanı həzm edə bilmir. Qəbzlik ürək döyüntülərinə və beyinə qan sızmalara səbəb olur. Qəbz olanlar axşam yatmazdan əvvəl təbii ot olan Sena yarpağından bir çay və ya xörək qaşığı dəmləyərək bədən hərarətində olanda içsələr qəbz olmazlar. Bu üsul mədə bağırsaq təmizlənməsinin ən münasib üsuludur. Sena yarpağını apteklərdən alıb istifadə etmək olar. Qarın normadan artıq şişdirsə deməlı xəstəsiniz. Bütün xəstəliklərin müalicəsi qarında olan tullantıları boşaltdıqdan sonra başlamaq lazımdır.
Bağirsaq yağlanması: Hər bir adam heç bir yardım olmadan bağırsağını özü sərbəst yağlaya bilər. Yoğun bağırsağa axşam yatmazdan əvvəl hər dəfə 20-200 qrama qədər olmaqla bir ay müddətində bitki yağı vurmaq lazımdır. Yağ vurulduqda yoğun bağırsaq yağı özündə saxlayıb buraxmır və sanki mühəhərrikin daxili hissələri yağlanaraq öz qaydasında işləyir. Sonra isə problem olduqca 20-200 qram bitki yağı vurmaq lazımdır. Çünki insan özü canlı bir mühərrikdir. Mədə-bağırsaq lazımsız tullantılardan təmizləndikdən sonra isə mühərrikin yağlanmasını yaddan çıxarmamaq gərəkdir. Bu halda, bağırsaqlar şlaklardan, qurdlar və əlavə tullantılardan, soyuqdəymələrdən qorunur. Yağın normanı keçməsindən çəkinmək lazım deyildir. Beləliklə yoğun bağırsağın çatlamasının qarşısı alınır və yoğun bağırsaqda qanqxma olmur. Bağırsaqları dolaşan adamlar da bu üsuldan istifadə edə bilərlər. Yoğun bağırsağa 20-200 qram bitki yağı vurulduqda bu, bağırsağı elmə məlum olmayan xəctəliklərdən qopuyur və sağaldır. Axşam yatmazdan əvvəl bağırsağa bitki yağı vurmaq lazımdır.
Yatan zaman arxası üstə, ağzı üstə, sağ sol böyürləri üstə uzanmaq vacibdir. Səhər çox rahat formada qəbizlikdən xilas olmağınızın şahidi olacaqsınız. Bu sizə cox böyük rahatlıq gətirəcəkdir. Sağalmayan bağırsaq xəstəliklərini də bitki yağlari sağaltmaq gücünə malikdir. Bağırsaqlar vaxtında təmizlənmədikdə çoxlu xəstəliklər əmələ gəlməsinə səbəb olur. Beyinə qan sızmzlar, iflic, infakt və s. xəstəliklər bağirsaqda yaranan şlaklardan və qəbizlikdən yaranır.
Yununmanın faydası: Təmizlik sağlamlığın ən başlıca amillərindən biridir. Vaxtı vaxtında yuyunmayan adamlar gəncliyindən ürək döyüntüləri, tənginəfəsliklə qarşılaşıb vaxtsız qoıalır. Yemək yedikdən sonra yuyunmaq olduqca zərərlidir. Başınız, beliniz, ayaqlarınız ağrılar əmələ gəldikdə ayaqlar dizdən aşağı fırça ilə yuyulduqda ağrılarınız gedər. Yaxşı olardı, hər gün yatmazdan əvvəl suyu bədən hərarətinə üyğun edərək fırça ilə yuyunasınız bədəniniz üşüməz. Yüyuna bilməsəniz də heç olmasa yatmazdan əvvəl üzünüzü, qoltuqlarınızı yumaq vacibdir. Üzünüzü yuduqda suyu üfürüb üzünüzə vurmaq üz dərisi və gözlər üzün zərərlidir.
Başınız və ayaqlarınız ağrıyırsa, ayaqlarınızı marqanistli su ilə axşam vannaedib yumaq lazımdır. İnsanın bədənində olan ziyanlı maddələr hər gün yuyunduqda tədricən təmizlənir. Yay, qış tərlədikcə yuyunan adamlarda baş, bədən, ayaq ağrıları olmaz. Yuyunub qurulandıqdan sonra axşam da olsa pambıq corab geyılsə ayaqlarda yığılmış tullantıları corab özündə tutub saxlayaraq bədəni yüngülləşdirir. Gün ərzində 2-3 dəfə corabları dəyişmək lazımdır. Kimyəvi boyaqla boyanan corab və geyimlər sağlamlıq üzün zərərlıdir. Ayaqlar ilin yay, qış fəslində üşüdükdə bədən hərarətinə uyğun su ilə yuyulduqda ayaqlar üşümür. İsti su ilə yuyulduqda ayaqlaq üşüyür. Üzün dərisinin sağlamlığını qorumaq üçün gündə bir neçə dəfə üzü yumaq lazımdır.
Mədəniyyət cinsi həyat barədə: Mənim üçün çətin və ağır olsa da cinsi həyat barədə lazımlı fikirlərimi insanların sağlam həyat tərzi üçün qeyd etməyi lazım bilirəm. Kişilərin yanı üstə, arxası üstə, yuyunma vaxtı və yemək yedikdən dərhal sonra cinsi əlaqədə olması ürək döyüntülərinə və bədənin bir tərəfinin iflic, quruma xəstəliyinə tutulmasına səbəb olur. Arxası üstə cinsi əlaqədə olmaq kişilərdə yaşlaşdıqca sidik yollarının tutulmasına, toxumluğun və prostatın xəstələnib xarab olmasına səbəb olur. Qadınların yanı üstə cinsi əlaqədə olması isə bir müddətdən sonra bədənlərinin bir tərəfinin quruması, iflici ilə nəticələnir və bədənin normal fəaliyyətini tədricən sıradan çıxarır.
Yemək yedikdən dərhal sonra yatmaq, çimmək, cinsi əlaqədə olmaq olduqca zərərlidir. Qadın aybaşı olduqda cinsi əlaqədə olmaq kişi üçün çox zərərlidir. Qadın arxası üstə, kişi üzü üstə cinsi əlaqədə olduqda cinsiyət orqanları sağlam olur. Kişi cinsi əlaqə başa çatdıqdan sonra mütləq sidik ifraz etməsi lazımdır ki, kanal təmizlənsin, yumurtalıq xəstəlik tutmasın.
Cinsi əlaqədən qeyri normal vəziyyətdə istifadə edilməsi kişi və qadınlarda cinsiyət üzvündə xərçəng xəstəliyinin əmələ gəlməsinə, xəstələnməsinə, sıradan çıxmasına, cinsi zəifliyə və sonsuzluğa səbəb olur. Kişilərin cinsiyyət üzvündən qeyri normal vəziyyətdə istifadə etdikdə ağız suyunda olan köbələk canlısı sidik borusuna düşür, nəticədə prostatda xərçəng xəstəliyi törədir. Qadınların yumurtalığına cinsiyyət üzvündən qeyri normal vəziyyətdə istifadə etdikdə ağız suyunda olan köbələk canlısı düşdükdə yumurtalıq sıradan çıxır və xərçəng xəstəliyi törədir döşdə şiş əmələ gəlir. Cinsiyət üzvündən qeyri normal vəziyyətdə istifadə etmək müasir dövrün ən təhlükəli xəstəliyidir. İnsandan başqa heç bir canlı cinsiyət üzvülərindən qeyri normal vəziyyətdə istifadə etmir. Cinsi zəiflik soyuqlamadan da əmələ gəlir. Qadın mayalanmadan sonra uşaq doğulan günə kimi cinsi əlaqədə olmasa doğulan uşaq böyüdükdə sağlam fikirli, nurlu və gözəl xasiyyətli olur.
Spirtli içkilər: Spirtli içkiləri insanın bədəni yox, insanın daxilində yerləşən göbələk canlısı tələb edir. Spirtli içki içildikdə ilk əvvəl insanın qanını duruldur, bir neçə saatdan sonra qanı laxtalandırır. Spirtli içkilərin içərisində şampan, şərab, pivə içildikdə insan daxilində yerləşən göbələk canlısı inkişaf edir. Şampanın, şərabın, pivənin, sirkənin tərkibində göbələk yumurtalarının qidaslanması üçün böyük bir şərait vardır. Bu cür qidalardan çox istifadə etmək insan ağlını azaldır, bədən üçün təhlükəli xəstəliklər törədir. Göbələk xəstəliyi olan insanlar alkoqol içkilər qəbul etdikdə, bu onlarda sonralar allergiya və sifət dərilərində qızarma, tərləmə kimi hallarla özünü büruzə verir. Göbələk xəstəliyi olan insanlar içkiyə böyük həvəs göstərirlər. Elə düşünürlər ki, spirtli içki qəbul edəndə onlara xeyri olur, bilmirlər ki, alkoqol qəbul etmək göbələk xəstəliyinin bədəndə yaxşı inkişaf etməsinə əlverişli şərait yaradır. Spirtli içkini göbələk canlısı xoşlayır tələb edib inkişaf edir. Spirtli içkilərdən yaxa qutarmaq üçün bədəndə olan göbələk xəstəliyinin müalicə edilməsi lazımdır. Müalicə vaxtı spirtli içki içən insanların sağalması mümkün olan iş deyil. Spirtli içkilər göbələk bakteriyalarının lazımlı maddi yardım bazasıdır.
Siqaret səkmənin zərəri: Alkoqol içki içmək insanın ağlını, siqaret çəkmək isə insanın sağlam canını alır. Siqaret çəkmək sağlamlıq üçün olduqca zərərlidir. Ayaq üstə gəzən zaman sol əldə siqaret çəkmək bədən üçün olduqca zərərlidir. Siqaret çəkmək ziyanlı qidalanmanın bir növüdür. Səhər yeməyi yeməmiş və acqarına siqaret çəkmək sağlamlıq üçün olduqca təhlükəlidir. Siqaret çəkmək qırmızı qanı bədəndə zəiflədir. Spirtli içki qəbul edib siqaret çəkmək daha zərərlidir. Spirtli içki içib siqaret çəkmək sərxoşluğu daha da gücləndirir və insanı anlaqsız vəziyyətinə salır. Şirniyyat, meyvə şirələri, bişmiş ün məmulatları, kartof, soğan, kələm yeyib üstündən siqaret çəkmək sağlamlıq üçün acı nəticələrə səbəb olur. Siqaretin zərərli cəhətlərini qatıqla bitki yağını qarışdırıb içməklə bədəndən kənarlaşdırmaq olar.
Bütün xəstəliklər düzgün qidalanmadıqda əmələ gəlir: Günlərin bir günü başladım özüm özümlə danışmağa. Dedim canım, ay canım niyə xəstələnib ağrıyırsan. Sən ağrıyanda mən özümü çox pis hiss edirəm. Elə olur ki, ağrılara dözə bilmirəm. Sən nə istədin elədim, nə istədin yedizdirdim, gəzdirdim, keflər elədin. De görüm nə olub sənə, niyə ağrıyırsan. Canım dedi ki, heç utanmırsan da, bir mənə də deyirsən. Sənə nə olub. Gözünü dünyaya açan gündən əlinə nə verdilər doldurdun içimə. Mən səndən ötürü zibil yeşiyi və ya qəbirsanlıq idim məgər. Təbiət canlılarını öldürüb, parça-parça edib bişirib yenidən oldürüb əti, südü, buğdanı, qarğıdalını, (qreçka) qarabaşaqı, düyünü, un məmulatlarını, kartofu, soğanı, kələmi, yer kökünü doldurdun içimə. Hələ mənə deyirsən ki, sənə yaxşı baxmışam. Gördüm ki, insanlar torpaqda dəfn olur, heyvanlar isə insanların daxilində dəfn olunur. Məgər mənim daxilim heyvanlara məzarlıq idi. Başa düşdüm ki, yaşadığımız dünyada heyvan məzarlığı hardadır. İnsanların daxilində.
Bütün xəstəliklərin baiskarı düzgün qidalanmamaqla insanların özüdür. Yalnız iradəsi olan insan düzgün qidalanmaqla bütün xəstəliklərin qarşısını alıb onun üzərində qələbə çala bilər. Həyatda ən bədbəxt insan odur ki, onun inamı, iradəsi yoxdur. Həyatda iradəsi, inamı olmayan insandan bədbəxt insan yoxdur, o heç nəyə nail ola bilməz. Hər bir adam öz iradəsinə güvənmək gücünə qadirdir.
Ağızda, mədə bağırsağında, qaraciyərində, öd kisəsində, ağciyərdə və bədəndə olan xəstəliklər düzgün qidalanmamaqdan əmələ gələn xəstəliklərdir. Bişirilmiş bütün qidalar bütün canlılar üçün zərərlidir. İnsanlar zərərli qidalarla qidalanmağa üstünlük verirlər və meyillidirlər. Xəstəliklər bədəndə yerləşən ziyanlı canlıların yaxşı yaxşı bəslənməsindən əmələ gəlir. Necə ki, yaşadığınız evin həyətinə bir küçə iti və pişik gəldikdə siz onu yaxşı yemlədikdə sizin həyətdən əl çəkməyir. Yemləmədikdə başını götürüb özünə uyğun yer axtarır. Bədəndə yerləşən ziyanlı canlılar da bədən sahibi tərəfindən yemlənmədikdə tədricən bədəni özləri tərk edirlər.
Bu xəstəliklər çörək, süd, bişirilmiş süd elə bir qida maddəsidir ki, onu qaraciyər həzm edə bilmir. Şirniyyat, yetişmiş meyvələrlə, meyvə şirələri, şərablar, pivə, bişmiş kartof, soğan, kələm, yerkökü, bal, bəkməz və s. ilə qidalanmadan əmələ gəlir. İnsan elə başa düşür ki, çörək yeməsə doymayacaq. Çörək və qeyd olunan bişirilmiş xörəklərin insan sağlamlığı üçün ziyanından başqa heç bir xeyri yoxdur. Yetişmiş meyvələrlə, bişirilmiş un məmulatları, kartof, soğan, kələm, yerkökü, bal, bəkməz və s. ilə qidalandıqda, kim qanından analiz versə, onun qanında şəkər olduğunu analiz göstərəcək.
Çörək, kartof, şirniyyat və meyvə yedikdən sonra mədədən qana sorulur, mədə və qan damarlarında qıcqırmağa başlayır, qıcqırma qurtardıqdan sonra qəbul edilən qida bədəndə spirtə, sonra isə yağa çevrilir, yağ da sonra fiziki işlə məşqul olduqda turşuya çevrilib bədəndən ifraz olur. Mədədə qıcqırma başlayan da, karbon qazı yaranır və qan damarlarında, mədədə, bağırsaqda yığılır, qan təzyiqi, köpmə halları özünü göstərir. Tədricən daxili orqanlar başlayır bir bir sıradan çıxmağa.
Düzgün qidalanmamaq bütün canlılarda göbələk və başqa xəstəliklərin yaranmasına səbəb olur. Bütün xəstəliklər göbələk xəstəliyinin bazasında yetişir, inkişaf edir. Bədən nəzarətsiz qaldıqda şişməyə başlayır. Yeməyi yaxşı yaxşı çeynəmək lazımdır. Yeməyin üstündən çay və ya su içdikdə mədə ifraz etdiyi şirənin təsirini azaldır, mədə gücə düşür, başlayır qaraciyər əlavə mədəyə köməklik göstərməyə, beləcə özünüz də hiss etmədən, daxili orqanlarınız tədricən xəstələnib öz funksiyasını itirir.
Belə bir məsəl var: «Saman sənindir, samanlıq ki, sənin deyil». Bir dəfəyə cürbəcür yeməkləri artıq yeyib özünüzü güçə salmayın, elə bilməyin ki, bazarda aldığınız qida maddələrini zənbilə yığırsınız. Mədə zənbil deyil onu doldurub boşaldasan, mədə onu həzm etməlidir. Can maşın deyil ki, xarab olan hissəsi dəyişdirilsin. Qara moruğun yarpaqları və zoğlarının dəmləmə sindən istifadə edilməsi göbələk xəstəliyinə qarşı yaxşı vasitədir.
Xərçəng, İnfarkt, ürək çatışmazlığı, qan təzyiqi, qara ciyərdə ağrı, serroz, ağciyər çatışmazlığı, astma, vərəm, təngnəfəslik, şəkər, ağ qanın qırmızı qanı yeməsi, böyrək çatışmazlığı, mədə bağırsaq yarası, qastrit, spid, ayaqlarda qaşınma, dizlərdə, oynaqlarda olan ağrılar, baldırlarda qızışma olan insanlar dənli bitkilərdən hazırlanmış bütün qidalardan (çörək, makaron, vermişel, bütün şirniyyatlar, süd, bişirilmiş kartof, meyvə və s.) yeməklər onların xəstəliklərini daha da ağırlaşdırır. Yuxarıda adları qeyd olunan yeməkləri yeməsələr insanlar bütün xəstəliklərdən uzaq olar və şəfa taparlar. Tərəvəz və göyərtilərdən hazırlanmış yeməklərlə qidalanma insanı bütün xəstəliklərdən qoruyur və sağlam edir.
Göbələk planetin yolxucu bəla xəstəliyidir: Çörək xəmiri hazırlanan zaman xəmirə qatılan maya (droc) bişdikdən sonra qalanda bu zaman yapışqanlıq verən çörəklər insanların göbələk xəstəliyinə yoluxmasının əsas səbəblərindən biridir. Göbələk xəstəliyi olan insanlar yay vaxtı tərləyərək tez-tez soyuqdəymələrə, sətəlcəmə məruz qalırlar. Göbələk xəstəliyi olan ailələrdə heç bir sağlamlıqdan söhbət gedə bilməz. Pivə və xəmirlərə vurulmuş mayalardan istifadə edilməsi göbələk canlılarının insanların bədənlərində öz ordusunu yaradıb məskən salmasına səbəb olur. Ağrılar başlayanda göbələyin uzun-müddətli müharibə etməsinin başlanğıcıdır. Müalicə düzgün aparılmadıqda insan canlı dovşanı, göbələk isə tülkünü xatırladır. İnsanların əli ilə qidalanıb, insanları məhv edir, pis vəziyyətə salır.
Göbələk xəstəliyi keçici nəsil xəstəliyidir: Yeni doğulan uşaqların qıçlarının arasında əmələ gələn bişməcələr göbələk xəstəliyinin əlamətidir. Yeni doğulan körpə uşaqların qoltuq altında və budların arasında əmələ gələn qızartı və pişməcələr valideynlərdə olan köbələk xəstəliyinin əlamətidir. 15-20 yaşlarında qoltuqda, budların arasında bişməcələr, ayaq barmaqların arasında qaşınmalar, ayaq altında qabar, çatlama əmələ gəlir. Bu xəstəlik gənclərdə vaxtında müalicə olunmasa, getdikcə ömrün gödəlməsinə, nəslin kəsilməsinə səbəb olur.
Sağlamlıq bərpa olur: Fiziki işlə məşğul olan insanın mədəsi daşı da əridir. Fiziki işlə məşğul olmayan insanların qara ciyərində əlavə enerci yaranır, bu da cürbəcür ağır xəstəliklər (şəkər, xərçəng, infarkt, ürək damar, qaraciyər serrozu, qan xərçəngi, astma, SPİD, bədən şişməsi və s.) törədər.
Dağda dərədə, təmiz havada eniş yoxuş gəzmək sağlamlıq üçün önəmlidir. Dənizdə çimdikdə bədənin bütün əzələləri fəaliyyətini bərpa edir. Bədən bədən üçün lazımlı bütün elementlərlə təmin olur və qidalanır. Yay vaxtı yaxşı olardı ki, istirahətin 10-15 gününü dənizdə çimmək, 10-15 gününü isə dağda gəzmək. Bu halda qış vaxtı çoxlu xəstəliklərdən uzaq olarsınız. Bu halda insanların qara ciyərində əlavə enerci yox olur və insanı çarəsiz xəstəliklərdən xilas edir.
Fiziki işlə məşğul olmayan insanlar gərək ən azı gün ərzində heç olmazsa 1 saat musiqi sədaları altında idman və ya rəqs edə ki, sağlam ola. İdman və ya rəqs etmək insan sağlamlığı üçün gündəlik başlıca işlərdən biridir. Musiqi sədaları altında idman və ya rəqs edib, yuyunub düzgün qidalandıqda sağlamlıq tez bir zamanda bərpaolur. Sadəcə olaraq bu işlərə tənbəllik yox, adət etmək lazımdır.
Gözlərin sağlamlığı üçün. İsti qida maddələri gözlərin və qulaqların zəifləməsinə səbəb olur. Tərli tərli soyuq su içmək bədən üçün çox zərərlidir. Sağlam olmaq üçün bədəninizin hərarətinə uyğun qida maddələrindən istifadə etsəniz heç vaxt peşman olmazsınız.
Yatmazdan əvvəl əllər yaxşı yuyulduqdan sonra üzü yaxşı yuyub gözləri açıq qoyaraq su ilə yumaq lazımdır. Bu sizin gözünüz üçün xəstəlik törədən ziyanvericilərin inkişafının qarşısını alacaq və göz xəstəliklərindən qoruyacaq. Gözlərinizdə xəstəlik varsa, yaşarırsa, kompytrə baxdıqda acışırsa, gözünüzə pərdə gəlirsə Sulfacil natriya 30 % göz damcılarından istifadə etdikdə ilk əvvəl məhlulu gözə tökdükdə gözləriniz acışacaqdır. Gözləriniz sağalacaq, yaşlaşdıqca gözliri nizi göbələk xəstəliyindən qoruyacaq, görmə qabliyyəti yaxşı laşaraq bərpa olacaqdır. (Oftalloloq məsləti).
Şirniyyat, bişmiş kartof, bişmiş un məmulatları, çörək, süd və pivə ilə qidalanmadıqda sizin bədəninizdə yığılan zəhərli maddələr tədricən təmizlənəcək, gözlərinizin sağlamlığı bərpa olunacaq. Gözlərin zəifləməsinin səbəbi bədəndə yığılan zəhərli suquş yağları və ziyanlı maddələrin gözlərə təsirindəndir.
Yovşan: Azərbaycanda daha çox yayılmışdır. Yovşan əsasən səhra və yarımsəhrada yetişən ən qiymətli təbii dərman bitkisidir. Yovşanın yarpaq və cavan zoğlarının təzəsi və ya qurusu yeməklərə qatılaraq əlavə edilsə, müalicədə, sağlamlıqda bu çox faydalı olar.
Yovşanın tərkibində kifayət qədər efir yağı, flavonoit, kumarin, seksiterpen laktonlar, apsintin, anapsintin, artapsın, xramazulen, vitaminlər, üzvi turşular, şəkər və az miqdarda alkaloid maddələr var. Yovşanın tərkibi müxtəlif maddələrlə zəngin olduğundan, bir sıra xəstəliklərin müalicəsində istifadə etməyə yararlıdır.
Yovşan gözəl müalicəvi təsirə malik olduğuna görə, ona allah bitkisi, müqəddəs bitki, qüvvətverici bitki və sair sözləri demək azdır. İstər xörəklərə, istərsə də ət məhsullarına yovşan təzəsini və ya qurusunu əlavə edib, onları xarab olmadan uzun müddət qorumaq olur. Bitkinin bütün hissələri acıdır. Acı yovşan dərman və efir yağlı bitkidir. Dərman məqsədiylə onun yuxarı hissələrini çiçək açan dövürə kimi toplayırlar.
Yovşanın may ayında toplanmış hissələrindən qaynatmaqla, hazırlanmış məlhəmdən titrətmə, sarılıq, qaraciyər, sidik, dalaq, yuxusuzluq, ürəkkeçmə, qusma, ishal, təngnəfəslik, bədən boşluq-larına yığılmış suların və bir sıra bağırsaq xəstəliklərinin müalicə-sində geniş istifadə etmək faydalıdır.
Yovşan qüvvətləndirici, iştahgətirici, həzm yaxşılaşdırıcı bir vasitədir. Yovşanın tərkibindəki efir yağından mərkəzə, sinir sisteminə oyandırıcı təsir göstərməsində istifadə etmək lazımdır. Onun xaumazilin maddəsindən toxumaların funksiyalarının nizama salınmasında, soyuqdəymə, bronxial astma, revmatizim, ekzema, yanıq və şüa xəstəliklərinin müalicəsində istifadə edilməsi faydalıdır.
Acı yovşandan mədə pozulmalarının aradan qaldırılmasında, qəbizlikdə, soyuqdəymədə, qızdırmada, ürək keçmə, qadın xəstəliklərində, qan azlığında, öd kisəsi xəstəliklərində və vətərlərin genişləndirilməsində, yuxusuzluqda və eləcə də piylənmə əleyhinə istifadə etmək lazımdır. Yovşanın kök hissəsindən istifadə edilmir.
Yovşanın yarpaq, çiçək hissələrindən hazırlanmış cövhər və məlhəmdən soyuqdəymə, qanaxma, çiban və bir çox yaraların müalicəsində istifadə edilir. Yovşanın yarpaq, çiçək və yerüstü hissələrinin tərkibində qlukozitlərdən əsasən apsintin, anapsintin, xamuzen və s. maddələr var. Bu qlukozitlərin məhlulu isə azulen maddəsidir.
Acı yovşandan mal qara az miqdarda belə yedikdə süd acı dadır və kəskin yovşan iyi verir. Yovşanın bir çox növləri, o cümlədən iyli yovşan mal qara üçün, xüsusi ilə də qoyunlar üçün payız fəslində qiymətli yemdir. İyli yovşanı payız aylarında qoyunlardan başqa, keçi, at və dəvələr yaxşı yeyirlər.
Heyvandarlığın inkişafı ilə əlaqədar olaraq iyli yovşanı qoyunçuluğ rayonlarında geniş surətdə əkib becərmək lazımdır. Yovşanın qurumuşunu saxlayıb qışda isladıb mal qaranın yeminə qatmaq lazımdır. Qoyunda və mal qaranın qaraciyərində, mədə bağırsağında qurdlar olmaz, onları yox edər.
Qoyunların qaraciyərində olan qurdların məhv edilməsi üçün ən gözəl təbii məlhəmdir. İnsanlar üçün də ən əlverişli bir dərman bitkisidir. İnsanların öd kisələrində olan lambiya və başqa qurd növlərinə qarşı da ən gözəl təbii müalicə vasitəlirindən biridir. İnsanlar üçün yovşanın hər il çayının dəmlənilib içilməsi olduqca vacibdir.
Yovşanın iyi bütün qurdlarla birlikdə ziyanverici mikrobları da məhv edir. Ondan süpürgə kimi məhəlləni, evi təmizləməkdə istifadə etmək yadda qalıb. İnsanlar qədimlərdə yoluxucu xəstəliklərə məruz qalanda, məhəlləni, evi yovşan süpürgəsi ilə süpürüb ziyanvericilərdən qorunmuşlar.
Vaxt olub, insanlar yovşan bitkisindən çay kimi dəmləyib içmişlər və xəstəliklərdən qorunmuşlar. Yovşanın iyində sanki bizim üçün böyük bir dünya vardır. Yovşanın tərkibindəki efir yağından ətriyyat və sabunbişirmə sənayesində istifadə etmək əlverişlidir.
Tərxun. Tərxun Üzərliyin mədəni formasıdır. Kələmin içini ovub içərisinə üzərlik toxumunu qoyub kələmin özündən qapaq hazırlayıb üsiü örtülsə bir neçə gün qaldıqdan sonra cücərən toxumdan tərxun bitkisi əmələ gəlir. Tərxun insanın bədəninə istilik gətirir, iştahı açır. O da soğan, sarımsaq kimi yoluxucu xəstəliklərə qarşı təsirli vasitədir. Tərxunu çeynəmək ağızdakı yaraların sağalmasına kömək edir. Bununla yanaşı, mədə, soyuqlama və sinir ağrılarını sakitləşdirir. Bitkisi Merkuri, Saturn, Veneradan enerci alır.
Üzərlik: Üzərliyin bütün hissələrində harmin, harmalin, harmolol, peqanin və s. alkoloidlər vardır. Yerüstü hissələrində harmin və peqanin alkoloidləri daha çox miqdarda olur, köklərində isə harmin alkoloidi çoxdur. Üzərliyin toxumlarında 3 4 % alkoloid məcmusu vardır ki, ən mühümü harmindir. Alkoloidlərdən başqa 14-25 % piyli yağ və qırmızı rəngdə boyayıcı maddə vardır.
Üzərliyin yerüstü bitkisi çiçək açan dövrdə toplayıb qurudur, ondan çay kimi dəmləyib ürək ağrılarında, ürəkkeçməsində, iflic, qıcolma, qan damar təzyiqi, sinir xəstəliklərin və mədə bağırsaqda olan girdə qurdların (askaridlərin) əleyhinə istifadə edilməsi əlverişlidir.
Üzərliyin dəmləməsindən ağız, boğaz qarqara edildikdə, yoğun bağırsaq imalə edildikdə göbələk və başqa ziyanvericilər zərərsizləşdirilir, bədəndən kənarlaşdırılır. Başda ağrı olanda üzərliyin dəmləməsini içəndə (36 dərəcə istilikdə), ayaqlar dizdən aşağı 10 15 dəqiqə saxlayıb paltar təmizləyən yumşaq fırça ilə yuyulduqda baş ağrısı gedər, başqa dərmana ehtiyac olmaz.
Yuyunduqdan sonra üzərliyin dəmləməsindən bir müddət yaxalandıqda bədənin, başın, üzün dərisini, saçları sağlamlaşdırar və tökülmüş saçları bərpa edir. Yzərlik bütün canlılar üçün çox qiymətli, əvəzolunmaz bitkilərdən biridir.
Gicitkən: Azərbaycanda gicitkən çox geniş yayılıb. Gicitkən olduqca zəngin bitkidir. Tərkibində K vitamini (16 20 mq %), S vitamini (30 mq. %), A1, B1, B2, R və S vitaminləri vardır. Yarpaqlarından daxili qanaxmalarda, diabetdə, babasildə, qanazlı ğında, avitaminozlarda və s. geniş istifadə edilir. Həddən artıq istifadə olunduqda qanda laxtalanmanı artırır.
Bitkinin qurudulmuş və xırdalanmış yarpaqlarından 2 xörək qaşığı bir stəkan qaynar suda dəmləyib, yeməkdən 1 saat əvvəl gündə 3 4 dəfə xörək qaşığı ilə qəbul edilir.
Kərəviz: Elə bir qiymətli, əvəzsiz bitkidir ki, ona tərif demək çox çətindir. Sağlamlıq üçün çox qiymətli qidalardan biridir. Tərkibində S vitamini, efir yağları, natrium, maqnezium, kalsium, dəmir və başqa maddələr vardır. Kərəviz şirəsi başqa bitki şirələri ilə birlikdə avitaminozlara qarşı yaxşı təsir göstərir.
Kərəviz şirəsi sidiyi qovur, qara ödü və sidik kisələrində yığılan çöküntüləri dəf edir, sinir sistemini və böyrəküstü vəzləri qüvvətləndirir. Bununla yanaşı, kərəviz şirəsi qanı zərərli maddə-lərdən təmizləyir və revmatizmə, yelə, infeksiyalara qarşı təsirli dərmandır.
Bu şirəni müntəzəm içdikdə o, immuniteti gücləndir, orqaniz-min xəstəliklərə qarşı müqavimətini artırır, kök (şişman) insanı arıqladır. Kərəviz şirəsi qırmızı qanı artıran və insan sağlamlığı üçün əvəzolunmaz bir qidadır. Kərəvizdən sıxılmış şirə sidik kisəsində olan daşı əritmək üçün yaxşı vasitədir. Bununla yanaşı, ondan şəkər xəstəliyinin yüngül və mötədil formalarına qarşı istifadə edirlər. Kərəviz şirəsi sinir sisteminin xəstəliklərinə qarşı faydalıdır.
Bu təqdirdə kərəviz şirəsini kök şirəsi ilə qarışdırıb içmək xeyirlidir. Ümumiyyətlə, kərəviz və kök şirələrinin qarışığı çox faydalı içkidir. Onun tərkibində bir çox xəstəliklərin qabağının alınması və müalicəsi üçün lazımlı maddələr vardır. Kərəviz şirəsinin xiyar, pomidor şirəsi və başqa tərəvəz şirələri ilə qarışdırılıb içilməsi əla nəticələnir. Havalar həddindən artıq isti olanda gündə üç dəfə 100 200 qram kərəviz şirəsi içmək lazımdır. Bu təqdirdə bədənin temperaturu aşağı düşür və insan özünü daha yüngül hiss etməyə başlayır.
Kəvər: Kəvər ürək, ciyər və mədə xəstəliklərinə qarşı istifadəsi xeyirlidir. Kəvər astma xəstəliyinə düçar olunmuşlara kömək eləyir. Bunun üçün kəvər şirəsini içmək və yaxud kəvəri yaranın üstünə qoymaq lazımdır. Tərkibində S vitamini, nektin maddələri, yağlar, yod və rutin adında qlükozit vardır.
Kəvər qönçələrinin tozu ayrıca və yaxud başqa ədviyyatlarla qarışdırılmış halda istifadə edilir. Tərkibində çoxlu yod olduğuna görə zobun müalicəsi üçün xeyirlidir, lakin toxumlardan sıxılmış şirə daha təsirlidir. Bitkisi Veneradan enerci alır.
2005-ci ildə vətən media mükafatı laureatı, 2007-ci ildə Türk dünyası araşdırmaları beynəlxalq elmlər akademiyası tərəfindən Dünya insanlığına xidmət mukafatı, 2008-ci iıdə həmin TDABEA-sı tərəfindən 2008-ci ilin mədəni adamı elan edilmiş, 2009-cu ildə TDABEA-sı tərəfindən Qızıl ulduz medalı ilə və Beynəlxalq Millətlər Təşkilatı təfindən Avropa mədəniyyəti qarşısında yüksək xidmətlərinə görə Avropa Şərəf opdeni ilə təltif olmuş, Avröpa Elmlər Akademiyasının həqiqi üzvü, fəxri doktoru, ictimai xadim Aliev Elshan - the lawyer, the honourable doctor, the public figure, Prezident elektron kataloq hüquqşünas Elşən Əliyev AZE.
All people deserve good life and <a href="http://bestfinance-blog.com/topics/home-loans">home loans</a> or just sba loan will make it better. Because freedom relies on money state.
Поделимся, какие пластиковые окна стоят внимания, какова на наш взгляд полноценная жизнь и как воспринимать валютный рынок. Также представляем строительство коттеджей для глобальных планов, лучшие рецепты года для планов на ужин, новости Рунета для своевременности всех решений и гломерулонефрит для контроля за здоровьем. http://oknapvhrussia.ru/ http://www.allinforus.ru/ http://forexgeneral.ru/ http://lipstroi.ru/ http://receptygoda.ru/ http://www.samurai-web.ru/ http://www.glomerulonefritanet.ru/
Guardian (Гардиан) - стальные двери от простых до элитных со склада. двери гардиан официальный сайт форпост 42. Форпост 2112. замок для входной двери врезной с защелкой, сейфового типа.
Biyografi Lagutin Kurçatov Ünlüler hakkında hiçbir söylentiler , film yıldızları , sadeceen uygun ve doğru biyografisi vardır , iş ve Hollywood göstermektedir.
Где найти покер старс турниры и покер старс играть бесплатно? Здесь есть покер техасский холдем и школа покера лесного , и ещё обучение покеру бесплатно.
You got a really useful blog I have been here reading for about an hour. I am a newbie and your success is very much an inspiration for me. makeityourring diamond engagement rings
задержаны все в напедении на ювелирные магазины в ростове, ювелирный магазин изумруд брянск. резиновое кольцо для тюбинга купить, серебряные кольца с жемчугом. адрес магазина магия золота кулон муравья ювелирный магазин.
интернет магазин сусальное золото гонконг ювелирный магазин танзанит. купить золото слиток сбербанк. ювелирные магазины самары ассортимент, где купить книгу коломна и ее окрестности.
I just think that you put it in a way that everyone can understand. <a href="http://buylaptopcheaponline.blogspot.com">Buy Cheap Laptops Online</a> I also love the images you put in here.<a href="http://alldogname.com/female-dog-names.html">Female dog names</a> It proved to be Very helpful to me and I am sure to all the commenters here!
I just think that you put it in a way that everyone can understand. Buy Cheap Laptops Online I also love the images you put in here. Female dog names It proved to be Very helpful to me and I am sure to all the commenters here!